PharmEd

Pharmed

Akriderm SK

Azərbaycan Respublikası

Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya

Ekspert Şurasının sədri E.M.Ağayev

"3" iyul 2023-cü il

TƏSDİQ EDİLMİŞDİR

 

                                                                                                                      

AKRİDERM SK

AKRIDERM SK

 

Tərkibi

Tesiredici maddələr: 100 q kremin tərkibində 100% maddəyə nəzərən 0,064 q betametazon dipropionat (0,05 q betametazona ekvivalent), və 100% maddəyə nəzərən 3 q salisil turşusu vardır.

Köməkçi maddələr: duru parafin, vazelin

 

Təsviri

Ağ rəngdən sarımtıl çalarlı ağ rəngə qədər yarımşeffaf məlhəmdir. Zeif xüsusi iyə malik olması yolveriləndir.

 

Farmakoterapevtik qrupu

Qlükokortikosteroid + keratolitik vasitə.

ATC kodu: D07XC01.

 

Farmakoloji xüsusiyyətləri

Xaricə istifadə üçün kombinəolunmuşamo preparatdır. İltihabəleyhinə, allergiyaəleyhinə, antiseptik, keratolitik təsir göstərir.

Betametazondipropionat qlükokortikosteroid olub, iltihabəleyhinə, allergiyaəleyhinə, antiekssudativ, ödeməleyhinə və qaşınmaəleyhinə təsir göstərir. Leykositlərin toplanmasını, vǝ proiltihab iltihab ocağında lizosomal fermentlərin mediatorlarının azad olmasını tormozlayır, faqositozu inhibə edir, damar-toxuma keçiriciliyini azaldır, iltihabi ödemin yaranmasına mane olur.

Salisilturşusukeratolitik, mikrobəleyhinə təsirləri təmin edir, buynuz qişanın təbəqələşməsini aradan qaldırır və glükokortikosteroidin daha dərinə nüfuz etməsinə səbəb olur.

İstifadəsinə göstərişlər

Hiperkeratozla müşayiət olunan dermatozların yerli müalicəsi: psoriaz, məhdudlaşmış və diffuz neyrodermit, qırmızı yastı damrov, ekzema, dishidrotik dermatit, ixtioz və ixtioz formalı dəyişikliklər.

 

Farmakodinamikası

Kombinəolunmuş preparat olub, iltihabəleyhinə, allergiyaǝleyhinə, antibakterial və göbələkəleyhinə (funqisid) təsir göstərir. Qrammənfi Gentamisin - geniş təsir spektrinə malik aminoqlikozid antibiotiki təsir göstərir. Aşağıdakı olub, bakterisid mikroorqanizmlər preparata qarşı yüksək həssaslığa malikdir - Proteus spp. (indol-müsbət və indol-mənfi), Escherichia coli, Klebsiella spp., Salmonella spp., Shigella spp., Campylobacter spp., Staphylococcus spp. (metisillin-rezistent).

Həssas mikroorqanizmlər: Enterococcus faecalis, Serratia spp., Pseudomonas spp., Acinetobacter spp., Citrobacter spp.

Streptococcus mikroblar:(Streptococcuspneumonia istisna olmaqla), Enterococcus faecalis; Providencia rettgeri. qlükokortikosteroiddir, yerli iltihabəleyhinə, Betametazon ödeməleyhinə, allergiyaəleyhinə təsir göstərir.

Hüceyrə yerli istifadə üçün imidazol törəmələri qrupundan Göbələklərin Klotrimazol dərmandır. Göbələkəleyhinə membranının tərkib hissəsi olan ergosterolun sintezini pozmaqla spektrinə malikdir. Patogen təsir göstərir. Geniş təsir dermatofitlərə (Trichophytonrubrum, Trichophyton mentagrophytes, Epidermophyton floccosum, Microsporum canis), maya və kif göbələklərinə (Candida spp., Torulopsis glabrata, Rhodotorula spp., Pityrosporum orbiculare) münasibətdə aktivdir.

 

Farmakokinetikası

 

Preparatın müalicəvi dozalarda dəri üzərində istifadəsi zamanı transdermal qana maddələrin təsiredici

əhəmiyyətsiz dərəcədədir.Dəriyə yaxılma zamanı betametazonun sorulması epidermal baryerin vəziyyətindən asılıdır (iltihab və dəri xəstəlikləri sorulmanı artırır).

Okklüzion sarğılardan istifadə edilməsi betametazonun gentamisinin transdermal sorulmasını artırır ki, bu da sistem əlavə təsirlərin inkişaf riskinin yüksəlməsinə gətirib çıxara bilər.

 

Əks göstərişlər

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, dəri vərəmi, sifilisin dəri təzahürləri, suçiçəyi, sadə dəmrov (herpes), dərinin postvaksinal reaksiyaları, açıq yaralar, uşaq yaş dövrü (2 yaşa qədər).

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Əgər preparatın istifadəsi ilə bağlı yüksək həssaslıq əlamətləri və ya dərinin qıcıqlanması qeyd edilərsə, müalicəni dayandırmaq və pasiyente adekvat müalicə seçmək lazımdır.

Uzunmüddətli müalicə zamanı, preparatı dərinin geniş sahələrinə sürtdükdə, okklüzion sarğıdan istifadə zamanı, həmçinin uşaqlarda istifadə zamanı qlükokortikosteroidlərin sistem absorbsiyası mümkündür.

Uşaqlarda 1 yaşından etibarən preparat yalnız ciddi göstərişlər üzrə və həkim nəzarəti altında istifadə olunur, belə ki, betametazonla bağlı sistem əlavə təsirlərin inkişafı mümkündür. Preparatın geniş sahələrdə və/və ya qkklüzion istifadəsi zamanı hipotalamus-hipofiz- sarğı altında böyrəküstü vəzi sisteminin funksiyasının tormozlanması və hiperkortisizm simptomlarının inkişafı mümkündür, boy hormonunun ekskresiyasının azalması, kəllədaxili təzyiqin yüksəlməsi müşahidə edilə bilər.

Yerli təsirli qlükokortikosteroidlərlə uzunmüddətli müalicədən sonra bədənin digər sahələrinə nisbətən üz dərisində daha tez-tez atrofik dəyişikliklər meydana çıxa bilər; bu halda müalicə kursu 5 gündən artıq olmamalıdır.

Akriderm məlhəmi oftalmologiyada istifadə üçün nəzərdə tutulmamışdır. Preparatın gözə düşməsinə yol verilməməlidir. Uzunmüddətli istifadədən sonra preparatla müalicənin dayandırılması tədricən həyata keçiril-məlidir.

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri aşkar edilməmişdir.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik zamanı (xüsusilə hamiləliyin I trimestrində) kremin istifadəsinə o zaman yol verilir ki, ana üçün gözlənilən fayda döl üçün potensial riskdən üstün olsun. Belə hallarda preparatın istifadəsi qısamüddətli olmalı və dəri örtüklərinin kiçik sahələri ilə məhdudlaşdırılmalıdır.

Preparatın komponentlərinin ana südünə nüfuz edib-etməməsi məlum deyil. Ona görə də laktasiya dövründə Akridem GK kremini təyin edərkən, ana südü ilə qidalandırmanın dayandırılması tövsiyə edilir.

İstifadə qaydası və dozası

Xaricə istifadə olunur. Krem dərinin zədələnmiş sahələrinə gündə 2 dəfə yüngülcə sürtülərək, yaxılır. Müalicə müddəti fərdi olaraq müəyyən edilir və xəstəliyin nozoloji formasından və ağırlığından asılıdır. Pəncənin dermatomikozu zamanı davametmə müddəti 2-4 həftədir.

Əgər yaxın zamanlarda klinik yaxşılaşma baş verməzsə, diaqnozu dəqiqləşdirmək və ya müalicə sxemini dəyişdirmək lazımdır.

 

Əlavə təsirləri

Qaşınma, yanma, qıcıqlanma, dəridə quruluq, follikulit, hipertrixoz, steroid çivzələr, hipopiqmentasiya, allergik reaksiyalar. Okklüzion sarğılardan istifadə zamanı - maserasiya, infeksiyalaşma, dərinin atrofiyası, striyalar, bişməcə. Uzunmüddətli istifadə zamanı və ya böyük sahəyə yaxılma zamanı - sistem əlavə təsirlərin inkişafı: bədən kütləsinin artması, osteoporoz, arterial təzyiqin yüksəlməsi, ödemlər, mədə-bağırsaq traktının selikli qişasında xora, gizli infeksiya ocaqlarının kəskinləşməsi, hiperqlikemiya, oyanıqlıq, yuxusuzluq, dismenoreya.

 

Doza həddinin aşılması

Simptomları: hiperkortisizm.

Müalicəsi: preparatın istifadəsinin tədricən dayandırılması. Simptomatik müalicə. Lazım gələrsə, elektrolit pozğunluğunun korreksiyası.

 

Buraxılış forması

Xaricə istifadə üçün krem, 0,05% + 0,1% +1%.

15 q krem, alüminium tubda. 1 tub içlik vərəqə ilə birlikdə karton

qutuya qablaşdırılır.

 

Saxlanma şəraiti

1525 °C temperaturda ve uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

 

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

 

Qeydiyyat vəsiqəsinin sahibi

"AKRİXİN" "Kimya-əczaçılıq kombinatı Səhmdar cəmiyyəti

("AKRİXİN" SC), Rusiya.

142450, Moskva vilayəti, Bogorodski siti rayonu,

Staraya Kupavna ş., Kirov küç., 29

 

İstehsalçı

"AKRİXİN" "Kimya-əczaçılıq kombinati

("AKRİXİN" SC), Rusiya.

142450, Moskva vilayəti, Bogorodski siti rayonu

Staraya Kupavna ş., Kirov küç., 29, bina 3

 

İstifadəçilərin iradlarını qəbul edən təşkilat

 "AKRİXİN" "Kimya-əczaçılıq kombinati

("AKRİXİN" SC), Rusiya.

142450, Moskva vilayəti, Bogorodski siti Staraya Kupavna ş., Kirov küç., 29.

Səhmdar cəmiyyəti rayonu, Tel.:/Faks: +7 (495) 702-95-03.